Sunday, 05.05.2024, 3:43 PM
My site

Blog


ŞAŞIRTMACALI SÖZLER
Bir berber bir berbere, bre berber gel beraber bir berber dükkânı açalım demiş.
Bir dalda bir kartal; dal tartar, kartal kalkar.

Bu köşe yaz köşesi, şu köşe kış köşesi.
Çıtır pıtır hanımın, çıtı pıtı kızı ının çıtkırıldım çocuğu olmuş.
Bu duvarı badanalamalı mı , badanalamamalı mı?
Şiş, şişeyi şişlemiş; şişe keşişe kiş demiş.
Değirmene girdi köpek, değirmenci vurdu kötek, hem köpek yedi kötek, hem kötek yedi köpek.
Kırk kantar, kırkar kırkar kantar tartar.
Herkes yoğurdu sarımsaklamış yemiş, biz sarımsaklasak da mı yesek, sarımsaklamasak da mı yesek?
Ummaca, üç kere ağzını açıp yummaca, üç kere de arkasından kahkaha ile gülmece.
İbiş ile Memiş mahkemeye gitmişler, mahkemede mahkemeleşmişler mi, mahkemeleşmemişler mi?
Nereden gelip nereye gidiyorsun, beş eşekli, bez yüklü beş adam?
Götür küpü, dök küpü. Getir küpü dök küpü.
Gül dibi, bülbül dili gibi.

Çarşıda koza ucuz, çarşıda darı ucuz, çarşıda boz ... Read more »
Views: 934 | Added by: kudret | Date: 01.25.2012 | Comments (6)

Qara Yanvar
Qara Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş face yə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. [1]
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imper ... Read more »
Category: Faciələrimiz | Views: 1443 | Added by: kudret | Date: 01.19.2012 | Comments (1)

Həyatı
Aqil Məmmədov 1969-cu il 30 iyulda Qubadlı rayonunda anadan olmuşdur. Cəbhədə ən çətin vəzifələrdən birini yerinə yetirməyi öz üzərinə götürmüşdür. Kəşfiyyatçı idi. İgid oğlanları başına yığıb düşmən haqqında məlumat toplayırdı. Topladığı məlumatlar döyüşlərimizə çox kömək edirdi. 1992-ci il 6 avqustda Laçın rayonunun Sussuzdağ uğrunda qızğın döyüşlər gedirdi. Aqil buradakı düşmən qruplaşmaları haqqında da xeyli məlumat gətirmişdi. Lakin düşmən döyüşün qızğın vaxtında Aqil Məmmədovu hədəfə aldı və onun həyatına son qoydu.
Ailəsi
Yeganə qız övladı onun şücaəti və qəhrəmanlığı ilə fəxr edir.
Milli Qəhrəman
Aqil bu döyüşdə yüksək şücaət və qəhrəmanlıq göstərmişdi. Ona görə də Azərbaycan Respublikası Prezidentinin 6 fevral 1993-cü il fərmanı ilə (ölümündən sonra) ona Vətənin ən yüksək mükafatı - Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verildi.
Məzarı Qubadlıdakı Şəhidlər xiyabanındadır.
Attachments: Image 1
Category: milli qəhrəmanlar | Views: 911 | Added by: kudret | Date: 01.19.2012 | Comments (0)

Həyatı
Aqil Musayev 1974-cü il 3 noyabrda Qazax rayonunda anadan olmuşdur. 1981-1991-ci illərdə burada təhsil almışdır. Daha sonra 117 saylı texniki-peşə məktəbində sürücülük peşəsinə yiyələnib. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır.
Döyüşlərdə iştirakı
Bir müddət təlim keçdikdən sonra Aqili Ağdam cəbhəsinə göndərdilər. Qaynar döyüş meydanlarında vuruşan Vətən övladı ölümün gözünə dik baxaraq rəşadətlə vuruşurdu. Daha sonra Aqil Füzuli istiqmətində gedən döyüşlərin birində yaralanır müalicə olunduğdan sonra isə yenidən səngərə dönür. Aqil Musayev 1994-cü il 5 oktyabr tarixdə Gəncə hadisələri zamanı dövlətimizə qarşı gələn, silaha sarılan dəstənin zərərsizləşdirilməsi zamanı qəhrəmancasına həlak olmuşdur.
Ailəsi
Subay idi.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Musayev Aqil Hüseyn oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Qaza ... Read more »
Attachments: Image 1
Category: milli qəhrəmanlar | Views: 703 | Added by: kudret | Date: 01.19.2012 | Comments (0)

Həyatı
28 mart 1965-ci ildə Belarus Respublikasının Slutsk şəhərində dünyaya göz açmışdır. 1992-ci ilin iyununadək SSRİ, sonra isə Rusiya ordusunda xidmət etmişdir. Mayor rütbəsinə yüksələn Anatoli sonrakı həyatını Azərbaycan ordusu ilə bağlayır.
Döyüşlərdə iştirakı
"N" saylı hərbi hissədə artilleriya qərargahının rəisi idi. O Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsində böyük tövhələr verir. 1992-ci il Ağdam rayonunda qızğın döyüşlər gedirdi... Anatoli bu döyüşlərdə əsl qəhrəmanlıq göstərirdi. Anatoli Ağdamda gedən döyüşlərdə ağır yaralanır, onu xilas etmək mümkün olmur. Xeyli qan itirdiyindən həkimlərin səyi nəticə vermir. Anatoli 13 iyun 1992-ci il Bakı şəhər Mərkəzi Hospitalında gözlərini əbədi yumdu.
Ailəsi
Ailəli idi.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 3 iyul 1992-ci il tarixli 24 saylı fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüş ... Read more »
Attachments: Image 1 ·Image 2
Category: milli qəhrəmanlar | Views: 653 | Added by: kudret | Date: 01.19.2012 | Comments (0)

Həyatı
Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. İdmana böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həmdə,Qarabağ futbol kmandasının yadda qalan üzvlərindəndir. 1976-cı ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub.
Döyüşlərdə iştirakı
Qarabağ müharibəsi başlayanda ilk yaradılan batalyonlardan birinə, Vətən oğulları batalyonuna, Allahverdi Bağırov rəhbərlik edib. Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. O, Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyidləri v ... Read more »
Attachments: Image 1 ·Image 2 ·Image 3 ·Image 4
Category: milli qəhrəmanlar | Views: 3158 | Added by: kudret | Date: 01.19.2012 | Comments (1)

Həyatı
Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə ailəsində doğulmuşdur. Burada orta təhsil almışdır (1959-1969). Ordu sıralarında hərbi xidmətdə olmuş, tərxis ediləndən sonra Bakı elektrik maşınqayırma zavodunda tokar işləmişdir (1971-1976). Zavod direksiyasının göndərişi ilə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirmişdir (1976-1981). Təyinatla Azərbaycan Televiziya və Radio Verilişləri şirkətinə göndərilmişdir. Ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Onun lirik şeirləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilmişdir. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınmışdır.
Döyüşlərdə iştirakı
Erməni faşist quldurlarının Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahib ... Read more »
Attachments: Image 1 ·Image 2
Category: milli qəhrəmanlar | Views: 1176 | Added by: kudret | Date: 01.19.2012 | Comments (0)

Həyatı
Albert Aqarunov 25 aprel 1969-cu il Bakı şəhərində anadan olmuşdur. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik vəzifəsinə yiyələnir. 1987-ci ildə hərbi xidmətə çağrılan Albert xidməti vəzifəsini Gürcüstanda yerinə yetirir və tank komandiri olur. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyir.
Döyüşlərdə iştirakı
Qarabağ müharibəsi başlayarkən Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanır. Albert tank komandiri təyin edilir və Şuşa cəbhəsinə yollanır. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edir. 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə Albert snayper gülləsinə tuş gəlir və döyüş meydanında həlak olur.
Azərbaycan Respublikasıının Milli Qəhramanı Albert Aqarunovun Şəhidlər Xiyabanıında məzarı
Albert Qarabağ müharibəsində əfsanəyə çevirilmişdi. O dövrdə tankçılar tanklarını ... Read more »
Attachments: Image 1 ·Image 2
Category: milli qəhrəmanlar | Views: 940 | Added by: kudret | Date: 01.19.2012 | Comments (0)

Həyatı
Akif Əkbərov 2 fevral 1952-ci ildə Cəbrayıl rayonunun Balyand kəndində anadan olmuşdur. 1969-cu ildə 1 saylı Beyləqan şəhər orta məktəbini bitirmişdir. 1970-ci ildə ordu sıralarına çağırılmışdır.
Döyüşlərdə iştirakı
1991-ci il avqustun 5-də Akif Əkbərov da daxil olmaqla Beyləqan rayon polis şöbəsinin bir qrup əməkdaşı Kəlbəcər rayonundakı "Sarı yer" yaylağındakı mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün oraya ezam olunur. Avqustun 12-də ermənilər "Sarı yer"ə hücum edirlər. Erməni hücumunu dəf edən Akif Əkbərov bu döyüşdə qəhrəmancasına həlak olur.
Ailəsi
Ailəli idi. Beş övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əkbərov Akif Abbas oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Beyləqan rayonunda dəfn edilmişdir, büstü qoyulmuşdur.
Beyləqan rayonundakı küçələrdən biri onun adını daşıyır.
Attachments: Image 1 ·Image 2
Category: milli qəhrəmanlar | Views: 974 | Added by: kudret | Date: 01.19.2012 | Comments (0)

Mübariz İbrahimov (milli qəhrəman) Həyatı

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.
Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. Qəhrəmanlığı Təsdiq edilməmiş versiyalara görə 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həml ... Read more »
Category: milli qəhrəmanlar | Views: 1686 | Added by: kudret | Date: 01.19.2012 | Comments (1)

1 2 »
Section categories
milli qəhrəmanlar [8]
AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANLARI HAQQINDA
bürclər [3]
BÜRCLƏR
tarixi şəxslər [1]
AZƏRBAYCANIN TARİXİ ŞƏXSLƏRİ
Faciələrimiz [1]
AZƏRBAYCANIN TARİXİNDƏ BAŞ VERMİŞ FACİƏLƏR
ÜMUMİ ÇHAT
500
Our poll
Rate my site
Total of answers: 32
Statistika

Total online: 1
Guests: 1
Users: 0
Login form
Axtarış
Kalendar
«  May 2024  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Entries archive
Dost saytlar
  • Create a free website
  • Online Desktop
  • Free Online Games
  • Video Tutorials
  • All HTML Tags
  • Browser Kits