Saturday, 05.18.2024, 10:42 PM
My site

Blog


Main » 2012 » January » 19 » Alı Mustafayev
9:04 PM
Alı Mustafayev
Həyatı
Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə ailəsində doğulmuşdur. Burada orta təhsil almışdır (1959-1969). Ordu sıralarında hərbi xidmətdə olmuş, tərxis ediləndən sonra Bakı elektrik maşınqayırma zavodunda tokar işləmişdir (1971-1976). Zavod direksiyasının göndərişi ilə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirmişdir (1976-1981). Təyinatla Azərbaycan Televiziya və Radio Verilişləri şirkətinə göndərilmişdir. Ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Onun lirik şeirləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilmişdir. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınmışdır.
Döyüşlərdə iştirakı
Erməni faşist quldurlarının Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanmışdır. Moskva şəhərində Azərbaycan Respublikası Ali Məclisi tərəfindən parlament müxbiri olmuşdur (1989-1990). 1991-ci il fəaliyyətinə görə "İlin ən yaxşı jurnalisti" mükafatına layiq görülmüşdür. 1991-ci il 19 noyabrda Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında sülh məramlı nümayəndələri aparan vertolyotun düşmən mərmisi tərəfindən vurulması ilə şəhid olmuşdur.
Ailəsi
Ailəli idi, üç övladı yadigar qalıb.
Milli Qəhrəman
Ölümündən sonra ona Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Bakıda, Nərimanov rayonundakı 202 saylı orta məktəb Alı Mustafayevin adını daşıyır.
Attachments: Image 1 · Image 2
Category: milli qəhrəmanlar | Views: 1182 | Added by: kudret | Rating: 5.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Qeydiyyat | Login ]
Section categories
milli qəhrəmanlar [8]
AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANLARI HAQQINDA
bürclər [3]
BÜRCLƏR
tarixi şəxslər [1]
AZƏRBAYCANIN TARİXİ ŞƏXSLƏRİ
Faciələrimiz [1]
AZƏRBAYCANIN TARİXİNDƏ BAŞ VERMİŞ FACİƏLƏR
ÜMUMİ ÇHAT
500
Our poll
Rate my site
Total of answers: 32
Statistika

Total online: 2
Guests: 2
Users: 0
Login form
Axtarış
Kalendar
«  January 2012  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031
Entries archive
Dost saytlar
  • Create a free website
  • Online Desktop
  • Free Online Games
  • Video Tutorials
  • All HTML Tags
  • Browser Kits